Accessibility links

Pentaqon: ABŞ-ın köməyi olmadan İraq qüvvələri yaraqlılarla mübarizə apara bilməz


ABŞ müdafiə nazirliyinin Kongresə verdiyi hesabatında bildirib ki, İraq təhlükəsizlik qüvvələrinin sayının artmasına baxmayaraq ABŞ-ın hərbi köməyi olmadan onlar yaraqlılarla mübarizə apara bilməz. Pentaqonun verdiyi məlumatda İraqda ABŞ hərbçilərinə yardım edə biləcək qoşunların sayı son 3 ayda 50% artaraq 53 batalyon olub. Xatırladaq ki, keçən il belə batalyonların sayı 3 idi. Onlardan ancaq 11%-i aparılan döyüşlərdə iştirak edib.

Lakin Pentaqon rəsmiləri bildiriblər ki, İraqda ABŞ-ın dəstəyi olmadan döyüş apara biləcək qoşun yoxdur. Hərbi rəhbərlik ABŞ qoşunlarının İraqdan çıxarılması məsələsini İraq təhlükəsizlik qüvvələrinin hazırlığı məsələsi ilə əlaqələndirirlər.

Bunlarla yanaşı. İraqda şıə məsçidinin partladılmasından sonra baş vermiş zorakılıqların qarşısını almaq məqsədi ilə, daxili işlər nazirliyi Bağdadda maşınların hərəkətini qadağan edib. Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq Bağdadda 14 nəfər polis zabiti, Baquba şəhərində 12 nəfər şıə, Kərbəla şəhərində isə 5 nəfər qətlə yetirilib.

XS
SM
MD
LG