Accessibility links

Əfqanıstan məhkəməsi Sərvəriyə ölüm cəzası verdi


Əfqanıstanda məhkəmə kommunist erası zamanı kəşfiyyat xidmətinə rəhbərlik etmiş və yüzlərlə əfqanın qətlinə fərman vermiş şəxsə ölüm hökmü kəsib. Əsədullah Sərvəriyə ölüm cəzasının verilməsi Əfqanıstanda insan hüquqların pozulmasına cavab olaraq atılan ilk belə addımdır.

1992-ci ildən bəri həbsdə olan Sərvəri israr edir ki, o, sadəcə olaraq ona verilən əmrləri yerinə yetirirdi. Əfqanıstanda uzun müddət hüquqi sistemin mövcud olmaması onun məhkəməsini ötən ilin dekabrınadək ləngitmişdi. Sərvəri deyir ki, o, bu hökmü apelyasiya məhkəməsinə verəcək.

XS
SM
MD
LG