Accessibility links

Qadağaya baxmayaraq Almatıda mitinq keçirilib


Minə yaxın adam Qazaxıstanın ən iri şəhəri olan Almatıda ictimai nümayişlərə qoyulan qadğaya baxmayaraq mitinqə çıxıb. Mitinqdə bu günlərdə qətlə yetirilmiş müxalifət liderinin xatirəsi anılıb.

Altınbek Sarsenbayev bir müddət əvvəl öz sürücüsü və cangüdəni ilə bərabər oğurlanaraq öldürülmüşdü. Onların gülləbaran edilmiş cəsədləri fevralın 13-də Almatı yaxınlığında aşkar edilib. Müxalifət tərəfdarları cinayəti törədənlərin tapılmasını, bəziləri isə prezident Nursultan Nazarbayevin istefasını tələb etmişlər. Polis küçələrə nəzarət etsə də mitinq insidentsiz ötüşüb.

Qeyd edək ki, ötən həftə Qazaxıstan hüquq mühafizə orqanları qətllə bağlı Senatın rəhbəri Erjan Utembayevi və milli təhlüksəzilik xidmətinin 5 əməkdaşını həbs ediblər.

XS
SM
MD
LG