Accessibility links

Səudiyyə Ərəbistanında 5 nəfər öldürülüb


Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, təhlükəszlik qüvvələri keçən həftə neft emalı zavoduna bomba yerləşdirmək cəhdənə görə axtarışda olan 5 şəxsi qətlə yetirib. Nazirlik reyd zamanı həbs edilən digər 6 şəxsin hazırda sorğu-suala çəkildiyini bildirir. Qeyd edək ki, həmin 5 nəfər hökumət qüvvələri ilə yaraqlılar arasında Riyadın yaşayış bölgəsindəki atışma zamanı öldürülüb. Səlahiyyətli nümayəndələr onlardan iksiinin Əl- Qaidə üzvləri siyahısında və axtarışda olduğunu bildirib. Əl- Qaidənin Səudiyyə Ərəbistanındakı qanadı keçən həftəki hücum cəhdinin məsuliyyətini üzərinə alıb, ölkənin digər neft obyektlərinin vurulacağına söz verib.
XS
SM
MD
LG