Accessibility links

Həbsxana qıyamı davam edir


Tank və raket qurğuları ilə silahlanmış yüzlərlə əfgan əsgəri ölkənin ən ciddi mühafizə olunanan həbsxanasını mühasirəyə almışlar. Xatırladaq ki, şənbə qünü həbsxananın nəzarəti Taliban və Əl-Qaidə məhbuslarının əlinə keçib. Bu gün rəsmilər qiyamçılarla danışıqları bərpa etsələr də, hökümətin qarşıdurmaya son qoyulması məqsədi ilə güc tətbiq edə biləcəyini deyirlər. Əfgan rəsmiləri Kabil yaxınlığındakı Pol-ə-Çərx həbsxanasındakı qiyama görə yüzlərlə əl-Qaidə və Taliban məhbusunu günahlandırılar. Əfganıstanın Ədliyyə nazirinin müavini Məhəmməd Qasım Xaşimzay deyib ki, əldəqayırma alətlərlə silahlanmış mindən artıq məhbus keçən həftənin şənbə qünündən qiyama başlamışlar. Yeni geyimlərin əsas məqsədi keçən ay 7 nəfər Taliban üzvünün həbsxanadan qaçmağa nail olmasından sonra təhlükəsizlik tədbirlərinin qücləndirilməsidir.
XS
SM
MD
LG