Accessibility links

Səddam Hüseynin məhkəməsi öz işini bərpa edib


Səddam Hüsseynin məhkəməsində ittihamçılar sabiq diktatorun 148 şiə kəndlisinin edam olunmasına göstəriş verən sənədi təqdim ediblər. İttihamçıların dediyinə görə, 1984-cü ilin iyununda imzalanan hökm tribunalın edama qərar verdiyini sübut edir.

Səddam və altı başqa müttəhim Düceyldə baş verən qətliyamlarda ittiham olunurlar. Onların məhkəməsi bu gün 2 həftəlik tənəffüsdən sonra öz işini bərpa edib. Müttəhimlər əvvəlki məhkəmələri baykot etmişdilər.

Baş hakim Rauf Əbdül Rəhman bu gün elan edib ki, 5 nəfərlik panel müdafiə tərəfinin onu və baş ittihamçıı prosesdən uzaqlaşdırmaq haqda xahişini rədd edib. Səddamın baş vəkili qərarı appelaysiyaya verəcəyini deyərək məhkəmə salonunu tərk edib. Məhkəmə sabahadək təxirə salınıb. Müttəhimlər məhkum olunduqları təqdirdə edamla üzləşirlər.

XS
SM
MD
LG