Accessibility links

Əli Laricani: ABŞ Tehran və Moksva arasında danışıqların baş tutmamasını istəyir


İranın nüvə proqramı ətrafında danışıqlarda vasitəçi Əli Laricani bildirib ki, Amerika Birləşmiş Ştatları Tehran və Moksva arasında danışıqların baş tutmamasını istəyir. O həmçinin xəbərdarlıq edib ki, Rusiya ilə danışıqlar Beynəlxalq Atom Enerjisi agentliyi BMT-nin Təhlükəsizlik Şurasına İrana qarşı addmlar atmağı tövsiyə etsə dayandırıla bilər. Laricani bu açıqlamaları İranın nüvə proqramı ilə bağlı beynəlxalq böhranın qarşısını almaq məqsədilə Rusiya rəsmilərilə aparılan danışıqlardan sonra verib. Rusiya rəsmilərinin bildirdiyinə görə, danışıqlar Tehranın uranın zənginləşdrilməsi proqramını öz ərazisində aparmaq istəyilə əlaqədar çətin vəziyyətə düşmüşdür.

XS
SM
MD
LG