Accessibility links

Israil Rusiya Həmas danışıqlarından narahatdır


İsrail Rusiya və 5 həftə əvvəl seçkilərdə qələbə əldə etməklə Fələstin parlamentində yer alan Həmas qrupu araındakı Moskva danışıqlarına görə təəssüfünü bildirib. İsrail rəsmiləri Rusiyanın terrorizmə qarşı mübarəzə səylərinə maneə törətdiyini deyirlər. İsrailin baş naziri vəzifəsini icra edən Ehud Olmert Həmasa qarşı beynəlxalq cəbhə yaradılmasına çağırıb. “Kadima” partiyasının üzvləri ilə bağlı qapılar arxasında görüş keçirən cənab Olmertə istinadən bildirib ki, Həmas zorakılqıları qınamadığı, İsraili tanımadığı, İsrailin yer üzündən silinməsini irəli sürən xartiyasını dəyişmədiyi təqdirdə, təcrid edilməlidir. Həmasım kamaikadze hücumları nəticəsində yüzlərlə israillinin qətlini yada salan xarici işlər naziri Tzipi Livni deyib ki, Həmasla müzakirə ediləcək, onunla danışılacaq mövzu yoxdur. Tzipi Livni deyib ki, terrorçuların başçılıq etdiyi dövlət terrorçu dövləti olacaq. İsraili Rusiyanın Həmasla müzakirələr qərarının beynəlxalq ictimaiyyətin onu təcrid etməsini tədricən heçə endirəcəyi narahat edir.
XS
SM
MD
LG