Accessibility links

Okinava adasında etiraz yürüşü keçirilib


Bu gün on minlərlə adam Birləşmiş Ştatların Yaponiyanın Okinava adasında hərbi bazalarının mövcudluğuna etiraz olaraq yürüş keçirmişdir. Bu etiraz aksiyası hərbi baza barədə Birləşmiş Ştatlarla Yaponiya arasında son danışıqlardan bir neçə nəftə əvvələ təsadüf edir.

Okinavalılar bu gün Birləşmiş Ştatlara qarşı etiraz yürüşünə musuqu ilə başladılar. Okinava Parlamentinin Yuxarı Palatasını təmsil edən Şokiçi Kina müharibə əleyhinə mahnısını bitirdikdən sonra hər iki tərəfi - Vaşınqtonu və Tokiyonu Birləşmiş Ştatalr hərbi bazasının adadan çıxarılması barədə razılıq əldə edə bilməmələrinə görə tənqid etmişdi. Müxalif Demokrat Partiyasının üzvü Kina Okinavanın Yaponiyadan ayrılmaq vaxtının gəlib çatdığını dedi.

Qeyd edək ki, Okinava bir vaxtlar müstəqil Ryukyu krallığı idi. 1872-ci ildən Yaponiyanın nəzarəti altında olan Okinava ikinci Dünya Müharibəsində Amerikanın nəzarəti altına keçmişdi.1972-ci ildə isə Birləşmiş ştatlar Okinavanı yenidən Yaponiyaya qaytarmışdı.

Okinavalılar onların arzularının həyata keçirilmədiyindən və onlara qarşı olan biganəlikdən şikayərlənirlər. Yaponiya ərazilərinin 1%-ni təşkil edən bu ada Amerikanın yaponiyadakı qüvvələrinə baza rolunu oynayır. Birləşmiş Ştatlarla Yaponiya arasındakı hərbi razılığa əsasən bu adada hərbi dəniz donanması bazası və digər kiçik hərbi obyektlərdə 25 min əsgərdən ibarət hərbi qüvvə yerləşdirilib.

XS
SM
MD
LG