Accessibility links

"Kadima" qələbəsinə ümid bəsləyir


İsrail mətbuatının yazdığına görə, baş nazir vəzifəsini icra edən Ehud Olmert bu ayın sonunda keçiriləcək seçkilərdə Kadima partiyası qələbə əldə edərsə, İordan Çayının Qərb Sahilindən yahudi sakinlərin çıxarılmasını planlaşdırır.

Təlükəsizlik Agentliyinin sabiq sədri və Kadima partiyasının yüksək slahiyyətli rəsmisinə istinad edən gündəlik Yediot Ahronot qəzeti yazıb ki, Kadimanın başçılıq edəcəyi hökumət təcrid edilmiş ərazilərdən sakinləri yaşayış bölgələrinə köçürəcək, həmin əraziləri təhlükəsizlik qüvvələrinin nəzarətinə verəcək.

XS
SM
MD
LG