Accessibility links

Rusiyanın xarici işlər naziri rəsmi səfərlə Vaşinqtona gəlir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün ABŞ dövlət katibi Kondaliza Raysla danışıqlar məqsədi ilə Vaşinqtona gəlir. Onların bu gün axşam birgə şam ziyafəti təşkil edəcəkləri, sabah isə danışıqlar keçirəcəkləri bildirilir.

Xarici Əlaqələr Şurasının hesabatında Amerika-Rusiya münasibətlərinin yanlış səmt aldığı bildirilmişdi. Şura Rusiyanın enerji ehtiyatlarından siyasi silah kimi istifadə etdiyini, Rusiyanın siyasi təsisatlarının korrupsiyaya məruz qaldığını deyilib.

Bu yaxınlarda ABŞ-ın keçmiş konqresmeni Cek Kemp demişdi ki, Rusiya İran, Şimali Koreya məsələləri və terrorizmlə mübarizədə əməkdaşlıq etməsə, böyük səkkizlər böyük yeddilər səviyyəsinə qayıtmalıdır.

XS
SM
MD
LG