Accessibility links

Azərbycanda insan hüqularinın vəziyyəti


ABŞ Dövlət Departamenti Dünya Ölkələrində İnsan Hüquqlarının vəziyyəti barədə illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycana ayrılmış hissəsi ilə sizi tanış edirik. Dövlət Departamentinin insan hüquqları barədə hesabatında yazılır ki, Azərbaycanda keçən ilin Noyabr ayında keçirilən seçkilərdə müəyyən sahələrdə inkişaflar olsa da bu seçkilər yenə də bir neçə beynəlxalq standarda müvafiq olaraq keçirilməyib. Hesabatın 42 səhifəsi Azərbaycana həsr edilib. Hesabatda bu da qeyd edilib ki, Dağlıq Qarabağ da daxil, Azərbaycan ərazisinin təqriban 16 faizində Erməni qoşunlarının işğalı davam edir. Sənəddə deyilir ki, Azərbaycan hökumətinin insan hüquqları rekordu yaxşı deyil və bu sahədə çoxlu pozuntular hələ də davam edir, təhlükəsizlik qüvvələri bir çox halda insan hüquqlarını pozur.

Hesabatda bu da qeyd edilib ki, qanunlarda məhkəmələrin müstəgilliyi göstərilsə də hakimlər icra orqanından müstəqil hərəkət edə bilmirlər, ədliyyə sistemində rüşvətxorluq davam edir və bu sistem effektiv işləyə bilmir

.

XS
SM
MD
LG