Accessibility links

Bağdadda bomba hücumu zamanı 37 nəfər qətlə yetirilib


İraq polisinin bildirdiyinə görə, Bağdadın Sədr rayonunda maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 37 adam ölmüş, 100-dən çox adam yaralanmışdır. Rəsmilər bildirir ki, partlayışlar əsas etibarilə şiələrin yaşadığı ərazidə iki bazarda demək olar ki, eyni vaxt baş vermişdir. Bu, son həftələr paytaxtda ölümlə nəticələnmiş ən böyük insidentdir. Sünnü üsyançılar şiələrin yaşadığı əraziləri hədəf alaraq, burada təriqət zəminində zorakılqları davam etdirməyə çalışır, şiələrsə, buna cavab olaraq qətllərdə günahlandırırılar. Bağdadda səhər baş vermiş üsyançı hücumu nəticəsində 11 nəfər ölmüşdür. Bundan ayrı bir insident zamanı üsyançılar maşını atəşə tutaraq, üç adamı qətlə yetirmişlər.
XS
SM
MD
LG