Accessibility links

Fransa prezidenti ilə Almaniya kansleri görüş keçirib


Fransa prezidenti Jak Şirak, Almaniya Kansleri Anqela Merkellə qörüşüb, Avropa Birliyinin birqə enerji siyasətinin formalaşmasını müzakirə edib. Bu qün Berlində keçirilmiş qörüş, iki rəhbər arasında xanım Merkelin noyabr ayında seçilməsindən sonra keçirilmiş ilk rəsmi qörüşü olub. Bundan sonra rəhbərlərin ikisi də Avropanın enerji təçhizatını yaxşılışdıracaq təklifi dəstəkləyəcəklərinə vəd vermişlər.

Cənab Şirak, dövlətin nəzarət etdiyi Qaz de Frans şirkətinin kommunal xidmətlər üzrə nəhənq Suez şirkəti ilə birləşməsini dəstəkləmişdir. O, Fransanın proteksionizm ittihamlarını cəfənqiyyət adlandırmışdır.

Alman rəhbəri deyib ki, cənab Şirakla danışıqlar zamanı Avropa qoşunlarının iyun ayında keçiriləcək seçkilərə nəzarət məqsədi ilə Konqo Demokratik Respublikasına qöndərilməsi məsələsi müzakirə edilmişdir.

XS
SM
MD
LG