Accessibility links

Slobodan Miloşeviçin məhkəməsi rəsmən bağlı elan edilib


Slobodan Miloşeviçin dəfn mərasiminin təşkili məsələsi qeyri-müəyyən qaldığı bir vaxt vaxt Yuqoslaviyanın müharibə cinayətlərlərinə dair məhkəməsinin hakimləri Slobodan Miloşeviçin məhkəmə prosesini rəsmən bağlı elan etmişlər. Bu qün Miloşeviçin oğlunun onun cənazəsini Haaqadan qötürəcəyi qözlənilir.

Hakimlər Slobodan Miloşeviçin 4 il davam edən və keçirilməsinə 200 milyon dollar xərclənən məhkəməsini 4 dəqiqə ərzində bağlamışlar. Proseduru uzunmüddətli və mürəkkəb adlandıran rəhbər hakim Patrik Robinson deyib ki, o, Slobodan Miloşeviçin ölümündən təssüflənir.

Miloşeviçin oğlu Marko, atasını vətəni Belqradda dəfn etmək istəyir. Lakin onun Belqrad və yaxud həyat yoldaşı Miranın mühacirətdə yaşadığı Moskvada torpağa tapşırılacağına hələ qərar verilməyib. Marko Miloşeviçi Rusiya həkimləri müşaiyət edir. Onlar sabiq prezidentin autopsiyasını özləri etmək niyyətindədirlər. Lakin buna razılıq veriləcəyi hələlik bəlli deyil.

XS
SM
MD
LG