Accessibility links

Kondoliza Rays Avstraliyaya səfərini təhlükəsizlik dialoqu ilə başa çatdıracaq


Birləşmiş Ştatların Dövlət katibi Kondoliza Rays Avstraliyaya üç günlük səfərini avstraliyalı və yaponiyalı həmkarları ilə təhlükəsizlik dialoqu ilə sabah başa çatdıracaq. Danışıqlarda Çinin regionda qüdrətini artırması diqqət mərkəzində olsa da Pekinə qarşı heç bir strategiyanın mövcud olmadığı bildirilib.

Dövlət katibi Rays deyib ki, Çin hərbi qabiliyyətini artırması barədə daha şəffaf olmalı və dünyada onun iqtisadi baxımdan təsiri artdıqca beynəlxcalq qaydalara riayət etməlidir. O deyib ki, Buş administrasiyası Çinlə konstruktiv münasibətlərin tərəfdarıdır və Amerika Çinə qarşı soyuq müharibə sayağı bir strategiyaya malik olmaq istəmir.

Qeyd edək ki, üç ölkənin strateji danışıqlarında Raysla bərabər Avstraliyanın xarici işlər naziri Aleksandr Dovner və Yaponiyanın xarici işlər naziri Taro Aso iştirak etmişlər. Bağlı qapılar arxasında keçirilən danışıqlarda Çin məsələsi əsas görütülsə də Avstraliyanın baş naziri Con Hovard deyib ki, danışıqlar zamanı diggər məsələlərin müzakirəsi də yer alacaq.

ABŞ dövlət katibi Buş administarsiyasının Hindistanınla nüvə razılığı barədə də açıqlama verib. ABŞ konresinin təsdiqini əldə etməli olan bu razılığa əsasən Hindistan mülki nüvə proqramını beynəxlaq müfəttişlərə açmalı, beləliklə, nüvə texnoligiyası sahəsində Amerikadan yardım almaq imkanına malik olacaq.

XS
SM
MD
LG