Accessibility links

ABŞ və İraq hərbi qüvvələrinin genişmiqyaslı əməliyyatı davam edir


Birləşmiş Ştatlar və İraqın hərbi qüvvələri ikinci gündür İraqın şimalında silahların tapılması və üsyançıların ələ keçirilməsi məqsədilə hərbi əməliyyatları davam etdirir. ABŞ ordusunun general-leytenantı Piter Çiarelli Bağdada bildirib ki, hərbi qüvvələr əməliyyat zamanı demək olar ki, müqavimətə rast gəlmir. ABŞ və İraq hərbi hava qüvvələrinin min beş yüzə yaxın əsgəri cümə axşamı günündən Samirə şəhərindən şimalda yerləşən ərazilərin düşməndən təmizlənməsi əməliyyatını həyata keçirir. Birləşmiş Ştatların hərbi qüvvələrinin bildirdiyinə görə, bu, üç il undan ABŞ-ın başçılığı ilə İraqa müdaxilədən sonra ən böyük hava hücumudur.
XS
SM
MD
LG