Accessibility links

Kondoliza Raysın Avstraliyaya səfəri başa çatdı


" hspace=2 src="/azerbaijani/images/ap_australia_US_Rice_Downer_japan_Aso_18mar06_eng_1952.jpg" width=210 align=left vspace=2 border=0>Birləşmiş Ştatların dövlət katib, Yaponiya və Avstraliyanın yüksək səviyyəli diplomatları İranın nüvə proqramları narahtlqılarını bildirmiş, eləcə də Çinin regionda qüdrəti barədə müzakirələr aparmışlar. Dövlət katibi Kondoliza Rays Yaponiyanın xarici işlər naziri Taqo Aso və Avstraliyanın xarici işlər naziri Aleksander Dovnerələ birlikdə Çinin Asiyadakı qonşuları ilə əməkdaşlığının genişlənməsini alqışlamışlar. Bununla üçtərəfli Sidney danışıqları başa çatdırıldı.

Bu danışıqlarda Sakit Okeanı Hövzəsinin üç böyük demokratiyasının təhlükəszlik və diplomatik narahatlıqlarla bağlı müzakirələri oldu. Görüşdən sonra Avstraliyanın xarici işlər naziri danışıqlarda Çin məsələsinin geniş yer aldığını bildirmiş, lakin Çinin burada yeganə müzakirə mövzusu olamdığını demişdir.

Bununla belə, hər üç diplomat İranla bağlı çox ciddi mövqedən çıxış etmişlər. Onların birgə bəyənatında bildirilir ki, Tehran uranın zənginləşdirilməsi səylərindən əl çəkdiyində BMT Təhlükəsizlik Şurasını əmin etməlidir.

XS
SM
MD
LG