Accessibility links

Yüz minlərlə şiə müsəlman Kərbəlanı ziyarət edir


Birləşmiş Ştatların başçılığı ilə İraqa müdaxilədən üç il keçməsindən sonra təriqət zəmindən zorakılqların baş verəcəyi ilə bağlı narahatlıqların mövcudluğu şəraitində bu gün yüz minlərlə şiə İraqın Kərbəla şəhərində dini mərasimə toplaşmışdır. İraq rəsmiləri bazar ertəsi günü Kərbəlaya bir milyona yaxn müsəlmanın toplaşacağını gözləyərək, bu müqəddəs şəhərdə təhlükəsizlik qüvvələrinin 8 min əsgərini yerləşdirmişlər. Bu gün şəhərdə qısa qüvlləli topdan atəş açılmasına baxmayaraq, tələfat olmamışdır. Daha bir insident zamanı, İraq polisinin bildirdiyinə görə, ABŞ hərbi qüvvələri Samirə şəhərində 8 mülki vətəndaşı qətlə yetirmişlər. Bağdadda isə gözləri bağlı güllələnmiş üç nəfərin cəsədi tapılmışdır. Bu, son zorakıqlar İraqın sabiq baş naziri İyad Ələvinin Britaniya televiziyasına ölkəsində artıq vətəndaş müharibəsinin başlandığını deməsindən sonraya təsadüf etmişdir.
XS
SM
MD
LG