Accessibility links

Istambul məhkəməsindən müttəhim xaric edilib


Bu gün Türkiyədə suriyalı Əl-Qaidə üzvü məhkəmə qarşısına çıxarılıb. Loai Əl-Səqa 2003-cü ildə 60 adamın ölümünə səbəb olan partlayışı planlaşdırmaqda ittiham edilir. Məhkəmə prosesinin başlanğıcından az sonra hakimin ayağa qalxmaq göstərişinə məhəl qoymadığı üçün müttəhim İstambul məhkəməsindən kənarlaşdırılmışdı. Zaldan çıxarkən ƏL-Səqa cihad apardığını, amerikalıları qətlə yetirdiyinə görə ayağa qalxmaq niyyətində olmadığını demişdi. Əl-Səqa və digər 70 adam Britaniyanın istambuldakı konsulluğu və bankı, habelə sinaqoqlara qarşı kamikadze hücumunu planlaşdırmaqda günahlandırılır.
XS
SM
MD
LG