Accessibility links

Belarus prezidenti seçkilərdə qələbə əldə etdi


Belarusun Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, ölkənin uzunmüddətli lideri Aleksandr Lukaşenko dünənki prezident seçkilərində böyük əksəriyyətlə qələbə əldə edib. Prezident Lukaşenko sələrin 80 faizindən çoxunu əldə etməklə qələbə qazanıb. Səslərin əksər hissəsinin sayılması ilə onun əsas rəqibi müxalif Aleksandr Milinkeviçin cəmi 6 səs topladığı müəyyən edilib. Cənab Milinkeviç isə artıq seçkilərin nəticələrini sual altına alıb. 58 yaşlı keçmiş universitet professoru paytaxt Minskdə 10000-ə yaxın tərəfdarının etiraz aksiyasına qoşulub. Aleksand Milinkeviç deyib ki, Belarusun azad, ədalətli və demokratik seçkilərə ehtiyacı var. Hazırkı seçkiəri o, fars adlandırıb. Nümayişçilər prezident Lukaşenko tərəfindən rəsmən ləğv edilən qırmızı və ağ rəngli bayraqlar qaldırmışdı. Qeyd edək ki, Lukaşenkonun yenidən prezident seçiləcəyi şübhə doğurmurdu. Belə ki, seçki aparatı onun tərəfdarlarının əlindədir. Amerika və Avropa Birliyi seçkiqabağı vəziyyəti tənqid edərək, seçkilərin saxtalaşdırıldığı təqdirdə Belarus liderliyinə qarşı yeni saksiyalar irəli sürülməsini təklif edirdi. Bu gün Ağ Ev seçkilərin nəticəsini qəbul etmədiyini və yenidən səsvermə keçirilməsini bildirib.
XS
SM
MD
LG