Accessibility links

Cənubi Koreya ilə ABŞ hərbi əlaqələr barədə danışıqlar aparırlar


Cənubi Koreya və Amerikanın müdafiə rəsmiləri Seulda görüşərək, iki ölkə arasında hərbi əlaqələr barədə danışıqlar aparırlar. Tərəflər Cənubi Koreyanın daha artıq hərbi müstəqilliyi və Şimali Koreyailə mümkün strateji xaos məsələlərini müazkirə edirlər.

Cənubi Koreya istəyir ki, yarımadaya müharibə təhlükəsi yarandığı zaman müharibəyə öz hərbi qüvvələri başçılıq etsin. Hazırkı razılığa əsasən, Cənubi Koreyanın 680 min əsgərdən ibarət hərbi qüvvəsi müharibə olduğu təqdirdə Birləşmiş Ştatların komandanlığı altında olmalı idi.

Cənubi Koreyanın hərbi rəsmiləri bu həftə keçirilən danışıqların əsas məqsədinin müharibəyə necə və nə şəraitdə başçılıq edəcəkləri barədə yol xəritəsi layihəsinin hazırlanmasının olduğunu deyirlər. Lakin Cənuibi Koreya rəsmiləri hərbi qüvvələrinə tam nəzarətin onlara verilməsinin gələn beş ildə olmayacağını bildirmişlər.

Vaşınqton isə Cənubi Koreyanın hərbi qüvvələrə başçılığa nə zaman başlaması barədə heç bir açıqlama verməyib. Lakin Cənubi Koreyanın hərbi komandirlərinə daha çox səlahiyyətlər verməsi sahəsində addımlar atdığını bildirib. Son üç il ərzində Cənubi Koreya ölkənin müdafiəsi məqsədi ilə 10 əsas hərbi əməliyyatdan 7-ni öz üzərində görürüb. Bu əmliyyatlara şimalla cənub arasındakı qeyri-hərbi zonanın nəzaəri də daxildir.

XS
SM
MD
LG