Accessibility links

Kondoliza Rays: Diplomatiya vaxt tələb edir


ABŞ dövlət katibi Kondoliza Rays Amerika və onun müttəfiqlərinin İranın nüvə fəlaiyyətinə təzyiqərlə bağlı razılıq əldə edəcəklərindən əmin olduğunu bildirib. Bu gün Karib Dənizi Hövzəsi ölkələrinin xarici işlər nazirləri ilə görüşü zamanı xanım Rays deyib ki, diplomatiya vaxt tələb edir.

Dünən BMT-nin Təhlükəszlik Şurasında İran məsələsi müzakirə edilməli idi. Lakin şuranın beş üzvü və Almaniya nümayəndəsinin İranın uranın zənginləşdirilməsi proqramını dayandırması və beynəxlaq standarlara riayət etməsi üçün nə kimi təzyiqlər göstərməsi ilə bağlı müzakirələrinə əlavə vaxt verildiyi üçün sessiya təxirə salınmışdı. İranın ali ryhani rəhbəri Ayatolla Əli Xamaneyi İraqla bağlı İran-Amerika danışıqlarına razılığını bildirmişdir.

XS
SM
MD
LG