Accessibility links

İslamçı Həmas qrupu yeni parlamentin iclasını çağıracaq


İslamçı Həmas qrupu Fələstinin nazirlər kabinetinin təsdiqi məqsədi ilə şənbə günü yeni parlamentin iclasını çağıracaq. Həmas sözçüləri Sami Əbu Zühri və Mahmud Əl Zəhar bu gün bildiriblər ki, Fələstin prezidenti Mahmud Abbas sessiyanın şənbə günü keçirilməsi ilə razılaşmışdır. Baxmayaraq ki, onun Fəth fraksiyası və Fələstin Azadlıq Təşkilatı Həmasın platformasının əleyhinədir.

Fələstin Azdalıq Təşkilatının icraedici komitəsi Həmasın proqramını tənqid edərək, təşkilatı həm işğal altında olan ərazilərdəki Fələstin xalqı, həm də fələstin diasporunu təmsil edən legitim bir qurum kimi qəbul etmədiyini deyib. Qeyd edək ki, parlamentin yığıncağı bir neçə gün davam edə bilər.

XS
SM
MD
LG