Accessibility links

Liviya prezidenti ölkəsinin terrorizmə qarşı olduğunu deyib


Liviya lideri Müəmmər Qəzzafi Liviyanın artıq 1979-cu ildən ABŞ-ın terrorizmi dəstəkləyən yaramaz ölkələr siyahısında olmadığını bildirib. Nyu Yorkun Kolumbiya universitetində təşkil edilən Liviya ekspetləri və Amerika alimlərinin konfransına video rabitəsi vasitəsi ilə qatılan cənab Qəzzafi deyib ki, Liviya artıq 1970-80-ci illərin siyasətini davam etdirmir.

ABŞ-ın dövlət katibinin Yaxın Şərq məsələləri üzrə müavini Deyvid Velç deyib ki, ABŞ-Liviya münasibətləri Qəzzafinin 2003-cü ildə nüvə silahları proqramından əl çəkməsi qərarından sonra köklü şəkildə dəyişmişdir.

XS
SM
MD
LG