Accessibility links

Almaniyada reydlər keçirilir


Almaniya polisi ölkənin 41 şəhərində keçirilən reydlər zamanı böyük miqdarda nağd pul, xüsusi kabellər aşkar edildiyini bildirib. Porkuror ofisinin göstərişi əsasında keçirilən reydlər ölkədə İrana nüvə silahının istehsalı üçün qeyri-qanuni satışların aşkar edilməsi mahiyyəti daşıyırdı. Rəsmilər müsadirə edilən materallar barədə məlumat verməyiblər. Röyter xəbər agentliyi rəsmilərə istinadən bildirib ki, Almaniyadan materiallar Rusiyaya, oradan isə İrana daşınır. Bildirildiyinə görə, əksəriyyəti rus olmaqla, 7 adam sorğu-suala çəkiləcək.
XS
SM
MD
LG