Accessibility links

Prezident Buşun əsas müşavirlərindən biri,  Endrü Kard istefa vermişdir.


Prezident Buşun əsas müşavirlərindən biri, Ağ Evin kadrlar şöbəsinin müdiri Endrü Kard istefa vermişdir. Onun vəzifəsini büdcə şöbəsinin direktoru Coş Bolten icra edəcək. Cəbab Buş Coş Boltenin büdcə və iqtisadiyyat məsələləri üzrə ekespert olduğunu və vəzifəsinin ivcrasına aprel ayını ortalarından başlayacağını bildirmişdir. Bu gün kabinet üzvlərilə görüşündən sonra prezident Buş demişdir ki, cənab Kard bu beş il yarım müddətində öz vəzifəsini “böyük ləyaqətlə” yerinə yetirmişdir. Ağ Evdə kadr dəyişikliyi prezidenti Buşun mənsub olduğu respuiblikaçılar partiyasının üzvlərinin prezidenti yeni ideyaları olan yeni müşavirlər gətirməyə çağırmasından sonra baş vermişdir. Rəy sorğuları Corc Buşun reytinqinin prezidentliyi dövrü ən aşağı səviyyədə olduğunu göstərir.

XS
SM
MD
LG