Accessibility links

Prezident Yuşenko partiyaların liderlərilə  keçirilən bu günkü danışıqlar koalisiya hökumətinin təşkili məsələsi üzərində çəmləşmişdir


Prezident Yuşenkonun idarəsi bildirir ki, partiyaların liderlərilə keçirilən bu günkü danışıqlar koalisiya hökumətinin təşkili məsələsi üzərində çəmləşmişdir. Seçkilərin nəticələrinə görə, Viktor Yanokoviçin başçılıq etdiyi Rusiyapərəst regionlar partiyası 30, sabiq baş nazir Yulia Timaşenkonun partiyası 22 və prezidentin başçılıq etdiyi bizim Ukrayna partiyası 14 faiz səs əldə ediblər. Xanım Timaşenko prezidentlə görüşdükdən sonra, müxbirlərə deyib ki, koalisiya hökummətinin təjşkili məsələsi bir həlftəyə qədər bilinəcək. Xatırladaq ki, prezident Yuşenko keçən il xanım Timaşenkonu Baş Nazir vəzifəsindən azad etmişdi. Xanım Timaşenko 2004-cü il Narinci inqilab vaxtında cənab Yuşenkonun əsas müttəfiqi idi. Bazar günü keçirilən seçkiləri müşahidə edən Avropalılar seçkiləri azad və ədalətli keçidiyini bildirirlər. Ağ Evin sözçüsü də seçkiləri alqışlayaraq bildirib ki, Birləşmiş Ştatlar təşkil ediləcək yeni Ukrayna hökumətilə birgə işləməyə hazırdır.
XS
SM
MD
LG