Accessibility links

Zəkəriyyə Musəvinin məhkəməsi bu gün Vaşinqtonda davam edir


Dünən Əl-Qaida üzvü olaraq ittihamçıların arqumentini gücləndirən Zəkəriyyə Musəvinin məhkəməsi bu gün Vaşinqtonda davam edir. Öz vəkillərinin etirazlarına baxmayaraq Musəvi ifadə verərək bildirib ki, o, ayaqqabı bombaçısı kimi tanınan Riçard Reydlə birgə Ağ Evə təyyarə uçurtmaq fikrində idi. Bu ifadə cənab Musəvinin əvvəllər dedikləri və həmçinin terror ustası Xalid Şeyx Məhəmmədin ifadələri ilə ziddiyət təşkil edir. Məhkəmə hakimi jüri üzvlərinə bildirib ki, hökm üçün müzakirələr Çərşənbə günü başlaya bilər. Məhkəmə jürisi Musəvinin edam və ya ömürlük həbs cəzası alacağını müəyyən edəcək.
XS
SM
MD
LG