Accessibility links

Polşanın sabiq prezidenti ittiham edilir


Polşada sabiq prezident Voyçiyeç Yaruzelskiyə ölkədə qeyri-qanuni hərbi qanunlarının tətbiqinə görə ittiham irəli sürülüb. Dövlət orqanı olan Milli Anım İnstitutu tərəfindən sabiq prezidentin 1981-ci iln dekabr ayında hərbi xuntanın təşkili ilə bağlı istintaq aparılır. General Yaruzelskiyə qarşı ittihamlar məhkəmələr tərəfindən ləğv edildikdən sonra istintaq dayandırılmışdı. Xatırladaq ki, o, hərbi qanunlara etiraz edən nümayişçilərin atəşə tutulmasında günahlandırılırdı. General isə artmaqda olan həmrəylik hərəkatına cavab olan bu addımın Polşanın Sovet işğalından qorunması üçün vacib olduğunu bildirir.
XS
SM
MD
LG