Accessibility links

Iran beynəlxalq qanunları pozmadığını bildirir


İranın xarici işlər naziri Manuçehr Motəkki bu gün deyib ki, Tehran öz neft resurslarından qərbə qarşı təzyiq vasitəsi kimi istifadə etməyəcək. Motəkki BMT-nin Tərksilah Məsələləri üzrə Konfransında bildirib ki, qərb dünya ictimaiyyətinə İranın nüvə proqramı haqda yanlış fikirlər aşılayır. O deyib ki, proqram dinc məqsəd daşıyır və onun ölkəsi heç zaman qadağan olunan hərəkətlərə yol verməyib. Motəkki qərb ölkələrini məsələni BMT-nin Təhlükəsizlik Şurası qarşısına çıxardıqlarına görə tənqid edib. Təhlükəsizlik Şurasının çərşənbə günü qəbul etdiyi bəyanatda İrana uran zənginləşdirilməsini dayandırmaq üçün 30 gün vaxt verilir. əhlükəsizlik Şurasının 5 üzvü, və o cümlədən Almaniya İranı uran zənginləşdirilməsini dayandırmağa səsləyiblər. Başqa xəbərə əsasən bu gün İranın İnqilab Qvardiyası bir neçə mərmi daşıya biləcək və radardan yayınan yeni raket qurğusunu müvəffəqiyyətlə testdən keçirdiyini bəyan edib.
XS
SM
MD
LG