Accessibility links

Cill Karoll vətəninə qayıtmağa hazırlaşır


Girovdan azad edilən amerikalı Cill Karoll İraqı tərk etməyə hazırlaşır. Bağdadın Yaşıl Zonasında tibbi müayinədən keçirilən Cillin emosional baxımdan zəif olduğu bildirilir. CNN şirkətinə müsahibə verən “Cristian Science Monitor” qəzetinin redaktoru Berqenheym Karollun cümə axşamı azad edildkdən az sonra dediklərini təkrar etdiyini bildirib. O deyib ki, Cill danışarkən ehtiyat edir. Həmin gün Karollun azad edilməsindən əvvəl girovdarların açıqladığı videoda Cillin İraqdakı döyüşçülərin əməliyyatlarını alqışladığı, Amerikanın başçılığı altında müharibəni pislədiyi nümayş etdirilmişdi. “ New York Times” qəzeti də daxil edilməklə, Amerikanın mətbuat orqanları Cill Karollun “Stokholm sindromu”na malik olduğunu yazır. Bu halda girov götürülən şəxslər öz girovdarlarına rəğbətlə yanaşırlar.
XS
SM
MD
LG