Accessibility links

ABŞ prezidenti İrana yardım təklif edir


ABŞ prezidenti Corc Buş İrana zəlzələdən ziyan çəkənlərə yardım təklif edib. Prezident zəlzələ nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı vermiş, əzizlərini itirmiş insanların kədərini bölüdşüyünü demişdir. ABŞ prezidenti Corc Buş İranın nüvə proqramı ilə əlaqədar fikir ayrılıqlarına baxmayaraq, zəlzələnin təsirinə məruz qalmış bölgələrə humanitar yardım göndərilməsini təklif etmişdir. Meksikada kanadalı və meksikaları həmkarları ilə iki günlük sammitin son günü prezident Buş İranın uranın zənginləşdirilməsi proqramının əleyhinə olduğunu bir daha vurğulayaraq, BMT-nin Təhlükəszlik Şurasının 5 daimi üzvünün qətnaməsini beynəlxalq vəhdət kimi qiymətləndirmişdir. Prezidenr demişdir ki, ortaq razılıq İranın nüvə proqramından əl çəkməli olduğunu göstərir. Bu razılığın məqsədi İran hökumətinin nüvə silahları əldə etmək cəhdidinin dünyanın təhlükəsizliyinə ciddi hədə oldğunu nümayiş etdirməkdən ibarətdir- deyə ABŞ prezidenti bildirmişdir. Çin və Rusiya razılığı tənqid edib. Razılıqda Beynəlxalq Atom Enerjisi Agentliyi 30 gün ərzində İranın razılığın şərtlərinə əməl etdiyinə dair hesabat verməsini irəli sürür. Pekin və Moskva Vaşinqtonun İranın bu tələblərə əməl etmədiyi təqdirdə ona qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi planının əleyhinədir.
XS
SM
MD
LG