Accessibility links

Türkiyədə yenidən qarşıdurma olub


Türk polisi yenidən ölkənin cənub-şərqində kürd nümayişçilərlə toqquşub. İğtişaşlar nəticəsində bir nümayişçi güllə ilə öldürülmüş, 10 nəfər isə yaralanmışdır. Toqquşmalar bu gün Mardin vilayətinin Qızıltəpə şəhərində baş verib. Ən azı minə yaxın nümayişçi Türkiyənin hakim partiyasının binasına yürüş ediblər. Nümayişçilər daş ataraq bir bankı qarət ediblər. Son 5 gündə regionda cərəyan edən iğtişaşlarda 5 adam həlak olub. Zorakılıqlar ötən çərşənbə axşamı türk təhlükəsizlik qüvvələri tərəfindən məhv edilmiş PKK üzvünün Diyarbəkirdə təşkil edilən dəfn mərasimindən sonra vüsət alıb.
XS
SM
MD
LG