Accessibility links

Türkiyədə ixtişaşlar davam edir


Türkiyənin cənub-şərqindən gələn xəbərlərə əsasən son günlər vüsət almış iğtişaşların 6-cı günündə bir kürd nümayişçisi polis tərəfindən öldürülüb. Bu günün qətli polis Qızıltəpədə toplaşmış izdihamı dağıtmağa çalışarkən baş verib.

Türk polisi həmçinin İstanbulda bir neçə yüz adamın iştirak etdiyi nümayişi dağıdıb. Son həftədə cənubi-şərqi Türkiyədə baş verən iğtişaşlarda 9 kürd nümayişçisinin öldürüldüyü xəbər verilir. Zorakılıqlar dalğası ötən çərşənbə axşamı Diyarbəkırda öldürülmüş 14 PKK-çının dəfn mərasimindən sonra başlayıb.

XS
SM
MD
LG