Accessibility links

İraqda ABŞ və Britaniyanın yüksək səviyyəli rəsmilərinin danışıqları başa çatıb


Birləşmiş Ştatlar və Britaniyanın yüksək vəzifəli diplomatlarının İraq liderlərinin yeni hökumətin təşkilinin sürətləndirilməsi çağırışları ilə əlaqədar iki günlük danışıqları başa çatıb.

Birləşmiş Ştatların dövlət katibi Kondoliza Raysın Britaniyanın xarici işlər naziri Cək Strou ilə bu gün birlikdə keçirdikləri mətbuat konfransında İraqın indi qüdrətli və vahid bir hökumətə ehtiyacı olduğunu demişlər. Hər iki diplomat eləcə də, İraq liderlərinin artıq 4 aya yaxın davam edən nəticəsiz danışıqlarının səbirləri tükəndirdiyini bildirmişlər.

İraqın şiə baş naziri İbrahim Əl Cəfərinin ikinci dəfə seçilməməsi üçün istefasına dair siyasi təzyiqlər artmaqdadır. Kürd və sünni ərəb liderləri Əl Cəfərini İraq üsyançılarına qarşı mübarizədə uğursuzluğu və təriqət zorakılıqlarına son qoyulması üçün lazımi ölçülər götürməməkdə günahlandırırlar. Əl Cəfərinin şiə Aliansının bəzi üzvləri dünən onu istefa verməyə çağırmışlar.

XS
SM
MD
LG