Accessibility links

Aleksandr Lukaşenkonun xəstəliyinə dair şaiyələrin yalan olduğu bildirilir


Belarus prezidenti Aleksandr Lukaşenko aprel ayının 8-də yeni prezidentlik vəzifəsinə başlayacaq. Prezidentin sözçüsü yeni tarixi elan etsə də, andiçmə mərasiminin tarixinin nəyə görə dəyişdirildiyi barədə məlumat verməmişdir.

Rəsmilər prezidentin xəstə olduğuna dair şaiyələrin yalan olduğunu bildiriblər. Qeyd edək ki, müxalifət və diplomatlar arasında Lukaşenkonun səhhətinə dair müxtəlif şaiyələr gəzirdi.

Belausda Lukaşenkonun mart ayının 19-u prezident seçkilərində səslərin əksəriyyətini əldə etməklə qələbə qazanmasından sonra vəziyyət gərgin olaraq qalır. Belə ki, seçkilərin nəticəsi nə müxalifət, nə də qərb müşahidəçiləri tərəfindən qəbul edilir.

XS
SM
MD
LG