Accessibility links

İranda sınaqdan keçirilən torpedonun Rusiya dizaynına əsasən istehsal edildiyi deyilir


Rusiya xəbərlərində bildirilir ki, bu həftənın əvvəlində İran tərəfindən sınaqdan keçirilən yüksək sürətli torpedo Sovet İttifaqı və Rusiyada istehsal olunan torpedoların dizaynı əsasında istehsal olunub.

Gündəlik İzvestiya qəzeti yazır ki, Iran torpedosu Rusiyanın saatda 360 km sürətə malik Şkval torpedosunu xatırladır. Qeyd edək ki, Şkval torpedosu adi növlü torpedolardan 4 dəfə artıq sürətə malikdir. Qəzetdə Rusiyanın nüvə başlığı daşıya bilən torpedonun ilk modelini 1960-cı ildə istehsal etdiyi bildirilir. Qəzetdə eləcə də İranın Şkvala oxşar sualtı raketinin İran körfəzinə nəzarətini mümkün edə biləcəyi də deyilir.

XS
SM
MD
LG