Accessibility links

Səddam Hüseynin vəkillərindən biri prosesdən kənarlaşdırlıb


Bağdadda Səddam Hüseynin məhkəməsində vəkillərdən biri proseduru pozduğuna görə, məhkəmədən kənarlaşdırılıb. Məhkəmənin baş hakimi vəkil Buşra Xəlil səsini ucaldaraq, İraq məhbuslarının ABŞ hərbi qüvvələri tərəfindən təhqir edildiyinə dair şəkilləri göstərməsindən sonra onu prosesdən kənarlaşdırıb. Səddam Hüseyn 1982-ci ildə 140 şiənin qətlə yerililməsinə dair sullara cavab verib. İraq prokurorları 1980-ci illərdə Səddamın İraq kürdlərinə qarşı qətliam törətmək ittihamları ilə ayrı məhkəmənin keçirilməsini planlaşdırırlar. Bu arada, ABŞ-ın İraqdakı hərbi qüvvələri İnternetdə üsyançıların vertolyot qəzası zamanı həlak olmuş pilotun cəsədini daşıdığını göstərən şəklin həqiqiliyini təsdiq edə bilməyib. Hərbi qüvvələr pilotların şənbə günü Bağdaddan cənubda qəzada həlak olduğunu və qəzaya düşmən atəşinin səbəb olduğunu təsdiq ediblər.
XS
SM
MD
LG