Accessibility links

Prezident Buş mühacirətlə bağlı qanun layihəsini qəbul etməyə çağırıb


Prezident Buş Senatın Demokrat liderlərini mühacirətlə bağlı qalmaqallı qanun layihəsini qəbul etməyə çağırıb. Həmin layihəyə əsasən hazırda Amerikada mövcud olan 11 milyon qeyri-qanuni mühacir ölkədə qala bilər. Cənab Buş bu gün radio ilə xalqa etdiyi həftəlik müraciətində bildirib ki, Senat demokratlarının layihəyə iradları qanunverici orqana işini tamamlamağa imkan vermir. Qeyd edək ki, senatorlar artıq bir həftədən çoxdur ki, bu qanun layihəsi üzərində mübahisələr aparırlar.
XS
SM
MD
LG