Accessibility links

Fransa prezidenti əmək qanununun dəyişdiriləcəyini bildirib


Fransa prezidenti Jak Şirak həftələrdir ki, ölkəni iflic vəziyyətinə salan yeni əmək qanununa etirazlardan sonra yeni ölçülərlə bağlı bəyanat verib. Frasna prezidenti Jak Şirak bu gün səhrər bir neçə kabinet naziri və rəsmilərlə görüş keçirərək, böhrandan çıxış yollarını müzakirə etmişdir. Görüşdən sonra bəyanatla çıxış edən prezident ilk iş kontraktı kimi tanınan yeni əmək qanununun dəyişdiriləcəyini elan etmişdir.

Qeyd edək ki, Milli Assambleyanın təsdiq etdiyi bu qanun gənclərin işə qəbul edildikləri ilk iki il ərzində izahatsız işdən kənar edilməsini nəzərdə tutur. Prezidentin bəyanatında yeni ölçülər haqda dəqiq məlumat verilmir. Əmək qanunu ilə bağlı debatlar baş nazir Dominik Viyeppen və daxili işlər naziri Nikolas Sarkozi arasında əsl güləş yarışına çevrilib. Xatırladaq ki, hər iki rəsmi gələn prezident seçkilərində namizədliklərini irəli sürməlidir.

XS
SM
MD
LG