Accessibility links

Bazar ertəsinə təyin edilmiş yığıncaq yeni hökumətin yaradılmasına təkan verə bilər


İraq parlamentinin spikeri vəzifəsini icra edən sünni Ədnan Paçaçı bildirib ki, bazar ertəsinə təyin edilmiş yığıncaq yeni milli birlik hökumətinin təşkilinə təkan verə bilər. Ədnan Paçaçı o vaxta qədər şiə liderlərin baş nazir vəzifəsi ətrafında yaranmış çıxılmaz vəziyyəti həll edəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, kürd və sünni siyasətçilər şiə baş nazir İbrahim Əl Cəfərinin namizədliyini qəbul etmirlər.

Bunlarla yanaşı, bu gün Bağdadda yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində üç Amerika əsgərinin qətlə yetirildiyi xəbər verilir.

XS
SM
MD
LG