Accessibility links

İraqda tapılmış yük maşınlarında bioloji silahların olmadığı bildirilir


Birləşmiş Ştatların aparıcı qəzetlərindən biri olan “Vaşinqton Post” yazır ki, prezident Buşun İraqda mobil silah laboratoriyalarının olmasını deməsinə baxmayaraq, ABŞ-ın gizli faktaraşdırıcı missiyası İraqa müdaxilədən sonra tapılmış yük maşınlarında bioloji silahların olmadığı haqda nəticə çıxarıb. “Vaşinqton Post” adlarının açıqlanmasını istəməyən rəsmilərə istinadən xəbər verir ki, gizli missiya bu nəticələri prezident Buşun 2003-cü ilin may ayının 29-u bəyanatından iki gün əvvəl Vaşinatona ötürmüşdür. Həmin gün prezident Buş ABŞ və kürd hərbi qüvvələrinin mobil boiloji silah laboratoriyaları gəzdirən iki kiçik yük maşınını ələ keçirdiyini elan etmişdi. Bu məqaləyə reaksiya verən Ağ Ev qəzetdə yazınaların həqiqətə uyğun olmadığını bəyan edib.
XS
SM
MD
LG