Accessibility links

Dehlinin ən böyük məscidində partlayışlar olub


Hindistandan verilən xəbərdə bildirilir ki, Dehlinin ən böyük Cama Məscidində iki bomba partlayışı nəticəsində azı 10 nəfər yaralanıb. 17-ci əsrdə inşa edilən məsciddəki partlayışlar arasında bir neçə dəqiqə fərq olduğu deyilir. Polis partlayışların güclü olmadığını deyir. Hələlik hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Hadisədən əvvəl polis məsciddə bomba axtarışı məqsədi ilə məscidi boşaltmışdı. İki saatdan sonra polis insanlara cümə namazının yerinə yertirilməsi üçün məscidə girməyə icazə vermişdi. Rəsmilər və müsəlman liderləri sakitliyə çağırmışlar. Daxili işlər naziri Şivraj Patil isə Hindistanın dünyəviçilik əsasının qorunması üçün əlindən gələni edəcəyinə söz verib.

XS
SM
MD
LG