Accessibility links

Prezident Buş vergi endirimlərinin iqtisadiyyata müsbət təsir edəcəyini deyir


Prezident Buş vergi endirimlərinin iqtisadiyyata müsbət təsirini vurğulayaraq Konqresi bu endirimləri daimiləşdirməyə səsləyib. Əksər amerikalıların illik vergiləri ödəməyə hazırlaşdıqları bir vaxt prezident Buş həftəlik radio müraciətində bildirib ki, 2001-ci və 2003-cü ildə qəbul edilmiş yeni qanunlar amerikalılara öz qazandıqlarının əksər faizini saxlamağa imkan verir. Onun dediyinə görə yeni vergi proqramı yeni iş yerlərinin açıqlmasına şərait yaratmış və işsizliyin 4.7 faizə endirilməsinə xidmət göstərmişdir.

Demokratların cavab müraciətində isə latina mənşəli Amerika Konqres üzvü Hilda Solis respublikaçıları qeyri-qanuni mühacirlərə qarşı göstərdikləri münasibətə görə tənqid etmişdir. Solis imiqrasiya sahəsində islahatların aparılmasına çağırıb.

XS
SM
MD
LG