Accessibility links

Ağ Evin mətbuat katibi istefa verdi


Prezident Buş kadrları arasında yeni dəyişklik Ağ Evin mətbuat katibi Skot Maklellanın istefası ilə baş vermişdir. Cənab Maklellan indi dəyişiklik üçün münasib vaxt olduğunu demişdir. Onun yerinə kimin təyin olunacağı ilə bağlı məlumat verilməyib.

Prezident Buş Skot Maklellanın istefasını elan edən zaman onunla olmuşdur. Cənab Buş Skot Maklellana işinə görə təşəkkür etmiş, onun mətbuat katibi kimi çox mühüm bir vəzifəni yerinə yetirdiyini demişdir. Skot Maklellan 2003-cü ildə İraqa müdaxilədən bir qədər sonra Ağ Evin mətbuat katibi olmuşdur.

XS
SM
MD
LG