Accessibility links

Cənubi Koreya ilə Yaponiya arasındakı danışıqlar davam edəcək


Yaponiya və Cənubi Koreyanın nümayəndələri arasında hər iki tərəfin iddia etdiyi adalara nəzarət barədəki uzun sürən danışıqlar nəticəsiz qaldı. Yaponiyanın adalarda araşdırma aparmaq planı Cənubi Koreya tərəfindən böyük narazılığa səbəb olmuşdur.

Japoniyanın xarici işlər nazirinin müavini Şotaro Yaçi və onun Cənubi Koreyalı həmkarı Yu Myunq-Hvan bu gün uzun sürən danışıqlardan sonra axır ki, gərginliyi aradan qaldıraraq razılıq əldə etmişlər. Cənab Yu müxbirlərə Yaponiyanın kiçik adada elmi tədqiqat aparmaq planını təxirə saldığını bildirib. O deyib ki, Yaponiyanın bu güzəştinə cavab olaraq Cənubi Koreya adacıqlara Koreya adladrının verilməsini təxirə salacaq.

Qeyd edək ki, Seul yeni adların verilməsini iyun ayında keçiriləcək beynəlxaslq konfransda açıqlamağı planlaşdırmışdı. Lakin Japoniyanın iki gəmini araşdırmalar məqsədi ilə adalara göndərdməsi gərginliyə səbəb oldu. Cənubi Koreya adalara özünün azı 20 hərbi gəmi göndərməklə Yaponiyaya xəbərdarlıq verdi. Bu xəbərdarlıq Seul tərəfindən çox hiddətli olduğu üçün dünən Yaponiya diplomatları məsələyə aydınlıq gətirmək məqsədi ilə Cənubi Koreyaya yola düşdülər. Bu gün səhər danışıqlar heç bir nəticə əldə edilmədən başa çatdı. Lakin Yaponiya nümayəndələri daha bir təşəbbüsün göstəriləcəyini bəyan edərək, danışıqlara gələn ay qayıdılacağını bildirdilər.

Qeyd edək ki, Cənubi Koreya həmin kiçik adaları Dokdo adlandıraraq, nəzarət məqsədi ilə özünün kiçik polis dəstəsini orada saxlayır. Yaponiya isə adaları Takeşima adlandırır və 35 ildir ki, bu adlara iddia edir. İkinci Dünya Müharibəsində Yaponiyanın məğlubiyyətindən bəri adalar üzərində iki ölkə arasında mübahisələr başlayıb.

XS
SM
MD
LG