Accessibility links

Fələstində vəziyyət daha da gərginləşib


Fələstinin təhlükəsizlik qüvvələrinə rəhbərin təyin edilməsi Həmasın başçılıq etdiyi hökumətlə onun rəqibi Fəth Partiyası arasında ciddi mübahisələrə yol açıb. Bununla bağlı Fələstindəki vəziyyət daha da gərginləşib.

Həmas qayda-qanunu bərpa etmək üçün özünün yüksək rütbəli yaraqlısı Camal Əbu Samhadananı təhlükəsizlik qüvvələrinə başçı təyin edir. Qeyd edək ki, İsrail ölkəsinə edilən bir sıra qanlı hücumnarın məsuliyyətini Camal Əbü Samhadananın üzərinə atır və onun adı İsrailin axtarış siyahısında .

Əbü Samhadananın 2003-cü ildə Qəzzə Zolağında Birləşmiş Ştatlar diplomatlarının maşın karvanına edilən hücuma məsuliyyət daşıdığına inanılır. Əməliyyatda maşın karvanını qoruyan Amerika əsgərlərindən 3-ü həlak olmuşdu.

Prezident Mahmud Abbas isə Əbü Samhadananı Təhlükəsizlik qüvvələrinə başçıl təyin edilməsini qeyri-qanuni adlandıraraq, qərarı ləğv edib. Lakin Həmas onun təyinatına təkid edir, cənab Abbası isə İsrail və Birləşmiş Ştatlarla əməkdaşlıqda təqsirləndirir. Fəth Partiyasına sadıq olanlar təşkil etdikləri etiraz nümayişdə Həması ölkədə vətəndaş müharibəsinə başlamaqda ittiham ediblər.

XS
SM
MD
LG