Accessibility links

Prezident Buş: İraqın yeni hökuməti Amerikanın təhlükəsizliyini təmin etməkdə yardımçı olacaq


İraq siyasətçiləri baş nazir vəzifəsinə şiə lideri Cavad Əl Malikini təyin etməklə yeni hökumətin təşkili ilə əlaqədar artıq 4 ay davam edən mübahisələrə son qoydular. Amerikanın Səsinin Ağ Evdəki müxbuiri Skot Sternsin məlumatında bildirilir ki, prezident Buş İraqın yeni hökumətinin Amerikanın təhlükəsizliyini təmin etməkdə yardımçı olacağını deyib.

İraq prezidenti Calal Təlabani yeni təyin edilmiş baş nazir Əl Malikiyə sünnilər, şiələr və kürdlər arasında vəzifə bölgüsü bərabər olmaq şərti ilə 30 gün ərzində yeni hökuməti təşkil etməyi tapşırıb. İraqın yeni parlamentinin dünən keçirdiyi sessiyada milliyətcə kürd olan prezident Təlabani sünni ərəb Mahmud Əl-Məşadani parlamentə spiker təyin etdi.

Cənab Əl-Maliki deyib ki, dekabr ayında keçirilən seçkilərdə qələbə əldə edən şiə alyansı bütün iraqlıların hökumətdə təmsil olunmasına tərəfdardır.

Dünən Kaliforniya ştatında olarkən prezident Buş İraqın yeni hökumətinin Amerikanın təhlükəsizliyinin daha çox təmin edilməsinə kömək olacağını və tarixdə böyük nailiyyət adlandırıb. Prezident Buş Amerika ilə İraq xalqı arasında yeni əlaqələrin yaranması üçün əlverişli bir şərait yarandığını dedi. O, mərkəzi cəbhədə terrorizmə qarşı birgə mübarizə aparmaq məqsədi ilə daha effektiv yollar axtarmaq üçün çalışacağını bildirdi. Prezident Buş butün bu vacib işlərdə İraqın tək qalmayacağını dedi. Prezident Buş İraqda vuruşan, eləcə də orada işləyən amerikalı diplomatlara və onların ailələrinə təşəkkürünü bildirdi. İraqda azadlıq uğrunda həlak olanları ehtiramla yad edən ABŞ prezidenti əlavə etdi ki, İraqlılar bütün dünyaya göstərirlər ki, demokratiya və azqadlıq uğrunda mübarizə qarşıya çıxan məhrumiyyətlərə dəyər.

XS
SM
MD
LG