Accessibility links

Əl Qaida liderinin yeni kaseti nümayiş etdirilib


Ərəb telekanalı Əl Cəzirə Əl-Qaida terror şəbəkəsinin lideri Osama bin Ladenin yeni audiokasetini efirə çıxarıb. Kasetdə özünü bin Laden kimi təqdim edən şəxs bildirir ki, Qərbin Fələstin seçkilərini udmuş Hamasa yardımı kəsməsi göstərir ki, o, həqiqətən də İslamla müharibə aparır.

Kasetin xalisliyi hələ müəyyən edilməyib, lakin orada Hamasa istinad edilməsi səsin bu yaxınlarda lentə alındığını sübut edir. Natiq həmçinin Əl Qaida üzvlərini və öz tərəfdarlarını Sudana gedərək orada BMT sülhmərarmlı qüvvələriunə qarşı vuruşmağa çağırır. Əgər xalisliyi sübut olunarasa bu, Bin Ladenin yanvardan bəri ilk audioyazısı olacaq.

XS
SM
MD
LG